Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

FAKÜLTƏLƏR

QƏBUL

Bizim tələbələr savadlı və inkişafa meyllidirlər. Biz onların hər uğurunu dəstəkləyir və bundan məmnunluq duyuruq. Tələbələrimiz üçün həm universitet daxilində həvəsləndirici təhsil şəraitinin yaradılmasını əldə etmək, həm də kənar fəaliyyətlərində faydalı vaxt keçirmələrini təmin etmək məqsədi ilə bütün imkanlarımızla xidmət göstəririk.

16183

Ümumi tələbə sayı

539

500+ bal toplayan tələbələr

90.7%

Qəbul planı

LAYİHƏLƏRİMİZ

TOP 10 İXTİSASLAR

Kimya mühəndisliyi

Kompüter mühəndisliyi

Kimya-texnologiya

Neft-qaz mühəndisliyi

Ekologiya mühəndisliyi

Elektroenergetika mühəndisliyi

Mexanika mühəndisliyi

Geologiya mühəndisliyi

Kimya-texnologiya

Cihazqayırma mühəndisliyi

BİZ NƏ EDİRİK?

Biz gənclərin yüksək səviyyədə təhsilə yiyələnmələrini təmin etmək məqsədi ilə fəaliyyət göstəririk. Biz hər zaman tələbələrimizdən tənqidi yanaşmağı, məntiqi düşünməyi, yaradıcı fəaliyyət göstərməyi və mədəni şəkildə yaşamağı tələb edirik. Universitetimiz xalqımıza və bütün dünyaya fayda verəcək, inkişafı sürətləndirəcək, iqtisadiyyatı gücləndirəcək səviyyədə araşdırma imkanı və təhsili təmin etməklə fəaliyyətini davam etdirir.

BİZ KİMİK?

Tələbələrimiz, fakültələrimiz və işçi heyətimiz həyatın hər sahəsini, bir-birindən fərqli düşüncələri, ölkəmizin və dünyanın müxtəlif yerlərini təmsil edirlər. Çünki böyük bir universitetdə olmağın ən gözəl tərəflərindən biri təhsil almaq, işləmək, əylənmək, yeniliklərlə tanış olmaq, fikir alış-verişi etmək və heç vaxt olmadığın yerlərdən gələn insanlarla ünsiyyət qurmaq şansına sahib olmaqdır. Universitetimiz müxtəlifliklərimizlə bərabər ortaq yönlərimizin tapılması və bir-birimizdən öyrənərək birlikdə gələcəyimizi daha parlaq etməyin marağındadır.

TARİX

10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb. 1896-cı ildə texniki məktəb “Bakı aşağı səviyyəli texniki məktəb”ə çevrilib. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər məzun buraxılışı olub.

DAHA ƏTRAFLI