SMİİYİ 2023/2024 tədris ili üçün tələbə qəbulu elan edir


image not found

E L A N 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada  

təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir: 

 

050611 “Geologiya və geofizika mühəndisliyi” 
050506 “Geologiya” 
050631 “Neft-qaz mühəndisliyi” 
050617 “İnşaat mühəndisliyi” (yanacaq-energetika kompleksi sahələri üçün) 
050621 “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” 
050624 “Mədən mühəndisliyi” 
050614 “Həyat fəaliyyətinin təhlükəsizliyi  mühəndisliyi” 
050618 “Kimya mühəndisliyi” 
050628 “Mexanika mühəndisliyi” 
050607 “Elektrik və elektronika mühəndisliyi” 
050608 “Energetika mühəndisliyi” 
050509 “Kompüter elmləri” 
050616 “İnformasiya texnologiyaları” 
050405 “İqtisadiyyat” 
050408 “Menecment” 

 

Təkrar ali təhsil üzrə sənədlərin qəbulu 01.02.2023-cü il tarixindən 31.07.2023-cü il və 15.08.2023-cü il tarixindən 31.08.2023-cü il tarixinədək davam edəcək. Qəbul olmaq istəyənlər şənbə və bazar günlərindən başqa saat 10.00-dan 16.00-dək  Universitetin əsas binasına gələrək Qəbul Komissiyasına sənədləri rəsmi qaydada təqdim edir və ilkin baza təhsilindəki tədris proqramı ilə almaq istədiyi ixtisas üzrə baza təhsilinin tədris proqramı arasındakı fərqdən asılı olaraq təkrar ali təhsil almaq hüququnu qazanırlar. 

Təkrar ali təhsilə sənəd vermək istəyənlər əvvəlcə portal.edu.az saytında elektron qaydada qeydiyyatdan keçdikdən sonra universitetə aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  • Universitet rektorunun adına ərizə; 
  • Ali təhsil haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (əlavə ilə birlikdə) və iki nüsxə adi surət; 
  • Əmək kitabçasından çıxarış (işlədiyi halda) 
  • Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə); 
  • 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil; 
  • Sağlamlıq haqqında arayış; 
  • Tərcümeyi hal;
  • Covid-19 vaksin sertifikatının və ya Covid-19 immunitet sertifikatının sürəti 

 

1993-cü ildən sonra Xarici Ali Təhsil müəssisələrini bitirmiş məzunlar aldıqları diplomların  Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər. 

Azərbaycan Respublikasının ərazisində yerləşən özəl universitetləri bitirmiş məzunlar aldıqları diplomların dövlət nümunəli olması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş arayış təqdim etməlidirlər. 

Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış. (my.gov.az portalından istifadə edə bilərsiniz) 

Qeyd: Hər hansı bir ixtisas üzrə sənəd verən tələbə sayı 7 nəfərdən az olduğu halda həmin ixtisas üzrə qəbul prosesi aparılmır. 

Ünvan: Bakı şəhəri,  Azadlıq prospekti 20, ADNSU-nun əsas binası, I mərtəbə 

Əlaqə telefonları: 

  • (012) 498-03-93 ; 
  • (012) 498-07-57; 
  • (070) 498-03-93; 
  • (012)598-29-12. 

E-mail: smiiyi@bk.ru,   smiiyi@asoiu.edu.az 

Sayt: www.smiiyi.adnsu.az                                                                                                     

Qəbul Komissiyası.